Rusiya iddiaları təkzib etdi: ABŞ hərbçilərinin sifarişli qətlləri...

27-06-2020, 18:22           
Rusiya iddiaları təkzib etdi:
Rusiya Xarici İşlər Nazirliyi ölkənin Əfqanıstanda ABŞ hərbçilərinin sifarişli qətllərində əli olması ilə bağlı məlumatları saxta adlandırıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Rusiya XİN sözügedən məlumatların ABŞ kəşfiyyatının təbliğatçılarının aşağı intellekt səviyyəsini göstərdiyini qeyd edib.

Nazirlik, həmçinin, ABŞ kəşfiyyatının narkotrafik, terrorçulara pul verilməsi kimi hadisələrdə iştirakı olduğunu vurğulayıb.

Xatırladaq ki, “The New York Times” Rusiya tərəfinin koalisiya qüvvələri, həmçinin, ABŞ qoşunları üzvlərinin məhvi üçün döyüşçülərə gizli şəkildə mükafat təklif etdiyini yazmışdı.oxu.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru