Nazir: “Latviya ABŞ qoşunlarını qəbul etməyə hazırdır”

14-07-2020, 23:09           
Nazir:
“ABŞ hərbi qulluqçuları Almaniyanı tərk edəcəksə, Latviya onları qəbul etməyə hazırdır”. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Latviyanın Müdafiə naziri Artis Pabriks “Bookings Institution” virtual konfransında deyib.
O bildirib ki, Latviya ABŞ qoşunları üçün vəsait ayırmağa da hazırdır.
“Almanları cəzalandırmağa çalışmırıq. Rəqabət etmək istəmirik, amma həqiqətən qoşunların çıxarılması qaçılmazdırsa, o zaman onları qəbul etməyə hazırıq” - deyə nazir qeyd edib.
Xatırladaq ki, ABŞ Almaniyadakı qoşunlarının bir hissəsini çıxarmağa hazırlaşır. Çıxarılan qoşunların bir hissəsi ölkəyə qayıdacaq, qalanı digər ölkələrə göndəriləcək.
Alpər Mövludoğlu
Ordu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru