Norveçdə silahlı hücumlar edilib, ölən və yaralananlar var

15-07-2020, 07:41           
Norveçdə silahlı hücumlar edilib, ölən və yaralananlar var
Norveçin cənub-şərqindəki Sarpsborq şəhərində ötən gecə soyuq silahla törədilən hücum nəticəsində bir nəfər həlak olub, daha iki nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Norveçin dövlət teleradio şirkəti bildirib.

Məlumata görə, hadisə zamanı xəsarət almış qadınlardan biri xəstəxanada ölüb. Daha bir zərərçəkən isə kritik vəziyyətdədir.

Hücumlar şəhərin müxtəlif yerlərində edilib.

Polis idarəsi “Twitter”də hücumların törədilməsində şübhəli bilinən bir nəfərin tutulması haqqında bildirib. Bu halda asayiş keşikçiləri vurğulayıblar ki, cinayətkar tək olmaya bilər və Sarpsborq sakinlərini evdə qalmağa çağırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru