“Afrika taunu”na görə Rusiyanın bəzi bölgələrində karantin elan edildi

15-07-2020, 08:37           
“Afrika taunu”na görə Rusiyanın bəzi bölgələrində karantin elan edildi
Rusiyanın Primorsk diyarında “Afrika taunu” yayılıb. Donuzların kütləvi ölümünə səbəb olan bu xəstəliyə görə Kirov rayonunda karantin elan edilib.

Bu barədə Lenta.ru xəbər yayıb.

Hazırda mütəxəssislər xəstəliyin qarşısının alınması üçün tədbirlər görürlər, özəl sektorda ev təsərrüfatlarının dezinfeksiyasını həyata keçirirlər.

Qeyd edək ki, “Afrika taunu” baş vermiş təsərrüfatda karantin təyin olunur, həmin təsərrüfat ətrafında 5-20 km radiusda təhlükəli zona və 100-150 km radiusda isə yoluxma qorxusu ola biləcək zona müəyyən edilir və bu zonalarda müvafiq tədbirlər aparılır.

Xəstə təsərrüfatda olan bütün donuzlar qansız üsulla öldürülür. Öldürülmüş və xəstəlikdən tələf olmuş donuzlar, peyin, yem qalıqları və az qiymətli müxtəlif avadanlıqlar yandırılır. Eyni vaxtda, həşərat və gəmiricilərə qarşı da qırıcı tədbirlər aparılır.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru