İrəvan bu savaşla Qarabağa nəzarəti itirə bilər - Ukraynalı ekspert

15-07-2020, 11:26           
İrəvan bu savaşla Qarabağa nəzarəti itirə bilər - Ukraynalı ekspert
Əminliklə deyə bilərəm ki, bu müharibədə beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir.

Bu sözləri Axar.az-a açıqlamasında ukraynalı politoloq Sergey Zaporojski son günlərdə Ermənistanın Tovuz istiqamətində dövlət sərhədində törətdiyi hərbi cinayətlər haqda danışarkən deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan Ermənistana adekvat cavab verməlidir:

“Düşmənin hər hansı bir təxribatına sərt reaksiya vermək lazımdır ki, onların itkisi dəfələrlə çox olsun. İşğalçıyla sülh danışıqları məntiqi nəticə verməyəcək. Bunu biz Ukrayna ilə Rusiyanın Donbasda gedən hərbi münaqişəsindən yaxşı bilirik”.

Politoloq Ermənistanın Rusiya Silahlı Qüvvələrinin köməyinə arxalanmaq istəyini puç ümid adlandırıb:

“Əgər Ermənistan hesab edirsə ki, Rusiya Azərbaycanla mübaribə üçün rəsmi İrəvana öz ordusu ilə kömək edəcək, onun bu arzusu suya düşəcək. Rusiya Azərbaycanı tək qoymayan Türkiyə ilə konfliktə birmənalı şəkildə girməyəcək. Üstəlik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından heç bir ölkə bu konfliktdə Ermənistanın tərəfində olmayacaq. Paşinyan başa düşməlidir ki, hərbi əməliyyatların gərginləşməsi Ermənistan üçün çox ciddi problemlərə səbəb olacaq – Dağlıq Qarabağa nəzarətin itirilməsinə qədər…”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.