Oğurlanmış pulların qaytarılması ilə bağlı danışıqlar aparılır

22-07-2020, 00:25           
Oğurlanmış pulların qaytarılması ilə bağlı danışıqlar aparılır
“Bloomberg” agentliyinin yay­dığı məlumata görə, Malayziya hökuməti qarşıdakı həftə ərzində “Goldman Sachs” bankı ilə 1MDB dövlət investisiya fondundan oğur­lanmış 6,5 milyard dollar vəsaitin ölkəyə geri qaytarılması barədə danışıqları yekunlaşdırmaq üzrədir.

“New Straits Times” qəzeti hökumətdəki mənbələrə istinadla bildirir ki, “Goldman Sachs” bankının menecerləri ötən istirahət günlərində paytaxt Kuala-Lumpura gəliblər. Məlumata görə, hökumət geri qaytarmaq istədiyi 6,5 milyard dollar vəsaitin hazırda 200 milyon dollarını ala bilib. Bunun­la yanaşı, fondun satılmış əmlakının müqabilində 150 milyon dollar ödənilib.

Məlumat üçün deyək ki, keçən ilin av­qustunda Malayziyada “Goldman Sachs” bankının yüksək vəzifəli əməkdaşlarına qarşı 1MDB fondunun apardığı əməliyyatlarla əlaqədar məqsədli şəkildə qarışıqlıq ya­ratmaq ittihamı irəli sürülüb. Dünyanın 6 ölkəsində, o cümlədən, ABŞ-da fondun və “Goldman Sachs” bankının rəhbərliyinin hərəkətləri ilə bağlı məhkəmə dinləmələri başlanılıb. Noyabrda bank ABŞ Ədliyyə Nazirliyinə 1 milyard dollar məbləğində kom­pensasiyanın ödənilməsinə razılıq verib.

Xatırladaq ki, 1MDB fondu ilə bağlı qalmaqal 2015-ci ildə, 11 milyard dol­lar məbləğində mənimsəmə ilə əlaqədar məlumatların yayılmasından sonra başlanıb. Həmin vaxt KİV-lər bu vəsaitin Baş nazir vəzifəsini tutan Nəcib Razakın sərəncamında olduğunu yazırdılar. Aparılan istintaq zamanı cinayət tərkibinin olmadığı bəyan edilib. Lakin 2018-ci ilin mayında keçirilən seçkilərdə Ma­hathir Məhəmmədin rəhbərlik etdiyi müxalif qüvvələr qalib gəldikdən sonra sabiq Baş Nazirə qarşı korrupsiya, kirli pulların yuyul­ması, xüsusən böyük məbləğdə mənimsəmə və digər qanun pozuntuları ilə əlaqədar ittiham irəli sürülüb.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru