Finlandiya kütləvi tədbirlərinin keçirilməsinə icazə verdi

1-08-2020, 08:03           
Finlandiya kütləvi tədbirlərinin keçirilməsinə icazə verdi
Finlandiyada iş sahiblərinə koronavirus pandemiyası səbəbiylə təqdim olunan əməkdaşların məsafədən işləməsi barədə tövsiyə avqustun 1-dən ləğv edilib və 500-dən çox insanın iştirakı ilə tədbirlərə icazə verilib.

Trend-in məlumatına görə, bu barədə fin hakimiyyətinin mətbuat xidməti xəbər yayıb.

Məlumatda deyilir: "500-dən çox insanın iştirakı ilə qapalı məkanda və ətrafındakı ərazilərdə kütləvi tədbirlərin və yığıncaqların koronavirusun yayılmasının qarşısını almaq üçün tövsiyələrə uyğun olaraq təşkil olunmaq şərti ilə keçirilməsinə icazə verilir. Məsafədən işləməklə bağlı tövsiyələr avqustun 1-dən olaraq qüvvədən düşür".

Bununla yanaşı hökümət vəziyyətin monitorinqini davam etdirəcək və lazım gəldikdə yeni tədbirlər barədə qərarlar qəbul edə bilər.

Finlandiyada ümumilikdə koronavirusa 7 432 yoluxma halı qeydə alınıb, xəstəlikdən 329 ölüm hadisəsi baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru