ABŞ və Fransa Türkiyə və Yunanıstana çağırış edib – “Dialoqa başlayın”

16-08-2020, 00:11           
ABŞ və Fransa Türkiyə və Yunanıstana çağırış edib – “Dialoqa başlayın”
Amerika Birləşmiş Ştatlarının (ABŞ) və Fransanın prezidentləri Donald Tramp və Emmanuel Makron Türkiyə və Yunanıstanı dialoqa çağırıblar.

Ağ Evin nümayəndəliyinə istinadla, bu barədə «RİA Novosti» agentliyi xəbər verib.

«Prezidentlər Tramp və Makron razılaşıblar ki, Yunanıstan və Türkiyə dialoq aparmaq öhdəliyi götürməlidirlər» - deyə, Amerika liderinin administrasiyasında bildiriblər.

Qeyd olunur ki, ABŞ və Fransa liderləri Yunanıstan və Türkiyə arasında Şərqi Aralıq dənizndəki gərginlikdən narahatdırlar.

Xatırladaq ki, Yunanıstan Aralıq dənizinin o zonalarına eksklüziv hüququ olduğunu israr edir ki, orada Türkiyə yeni neft və qaz yataqları axtarışı istiqamətində təcrübə-qazma işləri aparmağa cəhd edir. Ankara isə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınmış Liviya Milli Razılıq Hökuməti (MRH) ilə bağladığı sazişin şərtlərinə istinad edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.