ABŞ prezidentinin qardaşı Robert Tramp vəfat etdi

16-08-2020, 09:52           
ABŞ prezidentinin qardaşı Robert Tramp vəfat etdi
ABŞ prezidenti Donald Tramp 72 yaşlı kiçik qardaşı Robertin öldüyünü açıqlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, onun açıqlamasını Ağ Evin mətbuat xidməti yayıb.

"Ağır bir ürəklə bildirirəm ki, sevimli qardaşım Robert bu gün nur içində vəfat etdi. O, sadəcə mənim qardaşım yox, ən yaxşı dostum idi. Çox darıxacam, amma yenə görüşəcəyik. Onun xatirəsi daim qəlbimdə yaşayacaq. Robert, mən səni sevirəm"- Donald Tramp deyib.

Daha əvvəl NBC teleşirkəti Robert Trampın ciddi xəstəlik səbəbiylə xəstəxanaya aparıldığını bildirmişdi. Mənbələr onun hansı xəstəlikdən əziyyət çəkdiyini demirdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru