Paytaxtı Qüds olan Fələstin üçün... - Rudeyna

16-08-2020, 09:56           
Paytaxtı Qüds olan Fələstin üçün... - Rudeyna
Qüds və Fələstinin müstəqilliyi milli məsələdir və satılmır.

Axar.az xəbər verir ki, bunu Fələstin Nazirlər Kabinetinin sözçüsü Nəbil Əbu Rudeyna deyib.

“Fələstin məsələsində qarşımıza çıxan bütün çətinliklərlə mübarizə apara bilərik. Beynəlxalq qanunlar çərçivəsində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulması yolu ilə ədalətli və hərtərəfli sülh əldə etmək üçün doğru ünvan Fələstin rəhbərliyidir. Xalqımızın hüquqlarının qəsb olunmasına qarşı səssiz qalmayacağıq”, - sözçü bildirib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında saziş imzalanması ciddi reaksiyalara səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru