Paşinyanın arvadı özünü BİABIR ETDİ - FOTO

16-08-2020, 10:15           
Paşinyanın arvadı özünü BİABIR ETDİ - FOTO
Əri Nikol Paşinyandan sonra Anna Hakobyan da özünü biabır edib.

Publika.az xəbər verir ki, erməni baş nazirin arvadı işğal altında olan Davidvəng abidəsindən paylaşım edib.

O da əri Nikol kimi növbəti dəfə Dağlıq Qarabağın əsl sahibinin Azərbaycan olduğunu bilmədən sübut edib.

Payalaşımda göstərməyə çalışıb ki, guya Ermənistana məxsus belə bir abidə var. Digər tərəfdən isə "Google Map" vasitəsi ilə olduğu ərazini işarələyən zaman ünvanın Azərbaycan yazıldığını diqqətdən qaçırıb. Beləliklə o da öz paylaşımı ilə bir daha təsdiqləyib ki, ora tarixi Azərbaycan ərazisidir.

Bütün dünyaya məlumdur ki, Ermənistan həmin əraziləri işğal edib. Nəticədə, Ermənistanın işğalçı bir dövlət olduğu açıq-aşkar bir daha təsdiqini tapır.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.