Ruhaninin cavabı Trampı özündən çıxardı

16-08-2020, 18:08           
Ruhaninin cavabı Trampı özündən çıxardı
ABŞ Prezidenti Donald Tramp BMT-nin Tehrana qarşı sanksiyalarının birtərəfli qaydada bərpası üçün mübahisəli müddəadan faydalanacağını vəd edib.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb İran Prezidenti Həsən Ruhaninin ABŞ-ın Tehrana silah embarqosunu uzatmaqla bağlı BMT TŞ-də “alçaldıcı məğlubiyyətə” uğradığını bildirməsi olub.

“Biz embarqonu bərpa edəcəyik. Gələn həftə siz bunun şahidi olacasınız”, - D.Tramp mətbuat konfransında deyib.

Bundan əlavə, Donald Tramp ABŞ-ın 2015-ci ildə bağlanmış İranla nüvə sazişindən çıxmasına baxmayaraq, hələ də onun iştirakçısı olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru