Rusiyaya qarşı kritik həmlə: İki ölkənin ordusu birləşir

17-08-2020, 00:06           
Rusiyaya qarşı kritik həmlə:
ABŞ və Polşa arasında müdafiə və təhlükəsizlik sahələrində yeni əməkdaşlıq sazişi imzalanıb.

Teleqraf.com xəbər verir ki, sazişə Varşavada ABŞ Dövlət katibi Mayk Pompeo ilə Polşa Müdafiə naziri Mariuş Balaşak imza atıb.

Anlaşma ABŞ-ın Almaniyadan çıxaracağı hərbi qüvvələrin bu ölkədə yerləşdirilməsinin önünü açmaqla yanaşı, Vaşinqtona Polşaya hərbi qüvvə göndərmək qərarlarında müstəqillik də verir.

İmzalama mərasimində Polşa Prezidenti Andjey Duda da iştirak edib.

Duda bu sazişin ölkəsinin təhlükəsizliyi baxımından əsas güvən yeri olacağını söyləyib: “Təhdid vaxtı əsgərlərimiz çiyin-çiyinə olacaq. Bu saziş bizim yerləşdiyimiz digər ölkələrin təhlükəsizliyinə dəstək olacaq”.

Əlavə edək ki, rəsmi Moskva dəfələrlə ABŞ-ın Polşaya hərbi qüvvə göndərmək qərarına etiraz edib. Bu, Moskva tərəfindən Rusiya sərhədlərinə təhdid kimi xarakterizə olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.