Bir çox ərəb ölkəsi gizli yollarla İsraillə əlaqə qurmağa çalışır.
Axar.az xəbər verir ki, bu sözləri İsrail Xarici İşlər Nazirliyinin müşaviri Dore Qold deyib.
“Dünyada bəzi ölkələrlə yaxşı münasibətlərə malik deyilik. Hətta Avropa ilə də problemlərimizin olduğu sirr deyil. Lakin bu gün İsraillə normal münasibətlərə malik ölkələr var. İsrailin təcrid olunduğunu söyləyənlər nə dediyini bilmirlər. Bu gün bütün ərəb ölkələri İsraillə əlaqə yaratmağa çalışırlar. Lakin bir çox ərəb ölkəsinin gizli şəkildə İsraillə əlaqə qurmaq istəyi dramatik bir gedişatdır”, - Qold vurğulayıb.