Sağlamlığımızı süni intellektə etibar edə bilərik? VİDEO

21-06-2025, 12:28           
Sağlamlığımızı süni intellektə etibar edə bilərik?  VİDEO
Son zamanlar cəmiyyətdə maraqlı bir tendensiya müşahidə olunur. Belə ki, vətəndaşlar səhhətində problem yarandıqda, həkimə müraciət etmək əvəzinə suallarını "ChatGPT" kimi süni intellekt əsaslı rəqəmsal köməkçilərə ünvanlayırlar.

Sağlamlığımızı bu kimi vasitələrə etibar etmək nə dərəcədə doğrudur?

TEREF ATV-yə istinadən xəbər verir ki, Tibb elmləri doktoru Adil Qeybulla məsələ ilə bağlı bildirib ki, bəzi insanlar həkimə getməkdən çəkinərək, bu cür texnologiyalardan istifadə edirlər. Lakin bu yanaşma bəzən xəstəliyin vaxtında aşkarlanmasına mane olur və nəticədə daha ciddi problemlərə yol aça bilər.

Mütəxəssislər vətəndaşları diqqətli olmağa çağırır və tibbi suallarla bağlı yalnız ixtisaslı həkimlərə müraciət etməyi tövsiyə edirlər.


Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru