İrandan Avropaya güzəşt - Neft ucuzlaşdı

20-01-2016, 16:21           
İrandan Avropaya güzəşt - Neft ucuzlaşdı
İranın Milli Neft Şirkəti avropalı istehlakçılar üçün neft qiymətlərini aşağı salıb.

Bu barədə AzVision.az `Reuters`-ə istinadən xəbər verir.

Belə ki, fevralda İran yüngül dərəcəli nefti Brent markalı neftin qiymət göstəricilərindən asılı olaraq Avropaya bir barel üçün 4,85 dollar güzəştlə satılacaq.

İranın ağır nefti isə avropalılara 6,55%-lik güzəştlə satılacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı “Saudi Aramco” şirkəti də fevral ayı üçün Avropaya neftin satış qiymətini aşağı salıb.

Şirkət ərəb yüngül neftinin Avropaya satış qiymətini yanvar ayına görə 0,60 dollar aşağı salaraq BWAVE -4,85 dollar/barel (orta ölçülmüş qiymət) olaraq müəyyənləşdirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.