Moldova müxalifəti sakitləşmir: "Biz onları təslim olmağa məcbur edəcəyik"

21-01-2016, 09:39           

Moldova müxalifəti yanvarın 21-də ölkə parlamenti qarşısında etiraz aksiyalarını davam etdirəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Sosialist Partiyasının lideri İqor Dodon bəyan edib.

“Prezidentin yeni hökuməti təsdiqləməsi heç nəyi dəyişmir. Bu, qeyri-qanuni hökumətdir və qeyri-qanuni parlament çoxluğudur. Yanvarın 21-i minlərlə tərəfdarlarımızın iştirakı ilə aksiyamız davam edəcək, biz onları təslim olmağa məcbur edəcəyik”, - deyə İ.Dodon bildirib.

Onun sözlərinə görə, müxalifət parlamentin buraxılmasını və vaxtından əvvəl seçkilərin keçirilməsini tələb edir.

Qeyd edək ki, bu gecə ölkə başçısı Nikolay Timofti Demokrat Partiyasının üzvü Pavel Filipin Moldovanın Baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, ötən axşam Kişinyovda Moldova parlamentinin qarşısında baş vermiş iğtişaşlar nəticəsində 15 nəfər xəsarət alıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.