İŞİD rəhbərliyinin gizləndiyi yer aşkar oldu – Su anbarı

21-01-2016, 15:18           
İŞİD rəhbərliyinin gizləndiyi yer aşkar oldu – Su anbarı
Dünyaya meydan oxumaqda davam edən “İslam dövləti” (İŞİD) qruplaşması ilə bağlı növbəti informasiya yayılıb.

Modern.az xəbər verir ki, “Wall Street Journal” nəşrinin 3 ayrı mənbədən aldığı məlumata görə qruplaşmanın rəhbər üzvləri və ən yüksək vəzifəli girovları Suriyanın ən böyük su anbarında gizlənir.
Amerika jurnalistlərinin məlumatına görə su anbarına zərbə endirilməsi İraq və Suriyada humanitar fəlakətə səbəb ola bilər.

Məhz bu səbəbdən İŞİD üzvləri öz rəhbərliyini Tabka su anbarında qoruyur.

Eskpertlərin fikrincə, su anbarının məhvi İraqın qərbində ekoloji böhran, Şərqi Suriyada isə elektrik enerjisi böhranı yaradacaq.

Məlumata görə Tabka su nabarı İŞİD-in qeyri-rəsmi paytaxtı Rakka şəhərinin yaxılığında Fərat çayı sahilində yerləşir. Hüquq müdafiəçiləri isə su anbarını silahlı şəxslərin qoruduğunu və ərazidə önəmli girovların saxlanıldığını qeyd edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.