Qriqori Trofimçuk: Türkiyə güclənməyib, Rusiya zəifləyib

4-11-2020, 10:34           
Qriqori Trofimçuk: Türkiyə güclənməyib, Rusiya zəifləyib
Rusiyalı politoloq Qriqori Trofimçuk son günlər Cənubi Qafqazda baş verən hadisələri müşahidə edərək belə qənaətə gəlib ki, indiki situasiyanın yaranmasında günahkar Rusiyadır. Çünki öz zəif rəqiblərinə diqqət etməyərək, onların güclənməsinə, özünün zəifləməsinə səbəb olub.

"Bəlkə də Türkiyə güclənməyib, Rusiya zəifləyib, Türkiyə indi regional derjava statusuna keçib. Ona görə də türk ambisiyaları indi daha çox nəzərə çarpır, bu ambisiyalar öncə də var idi. Sadəcə Moskva öncələr buna fikir vermirdi. Bu ona bənzəyir ki, meşədə gəzən adam qurdlardan, ayılardan qorxur, dovşanlara fikir vermir. Öz növbəsiundə də dovşanlara qarışqalar arasında gedən müharibələr maraqlı deyil. Buna görə biz indi kimi günahlandırmalıyıq? Cavab: Yalnız özümüzü",- deyə o qeyd edib.bizimyol












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru