Fransadan türklərə qarşı daha bir ŞOK ADDIM - QADAĞAN EDİLDİ

4-11-2020, 17:24           
Fransadan türklərə qarşı daha bir ŞOK ADDIM - QADAĞAN EDİLDİ
Fransada "Bozqurdlar" milliytəçi türk təşkilatının fəaliyyəti qadağan olunub.

Publika.az xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Conatan Lakot bu ölkənin Ombudsmanı Arman Tatoyana bildirib.

Səfir qeyd edib ki, bu qərar Fransadakı ermənilərin təhlükəsizliyinin və hüquqlarının qorunması üçün qəbul olunub.

Qeyd edək ki, “Bozqurdlar” Alparslan Türkeş tərəfindən 1969-cu ildə Milliyyətçi Hərəkat Partiyasının gənclik təşkilatı olaraq yaradılıb. Təşkilatın məqsədi, Türk milli ənənəsi, mədəniyyəti və ictimai nizamı əsasında Böyük Turanın yaradılmasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru