Britaniya terror təhlükəsi səviyyəsini "ciddi"yə qaldırıb

5-11-2020, 00:00           
Britaniya terror təhlükəsi səviyyəsini "ciddi"yə qaldırıb
Britaniyanın daxili işlər naziri çərşənbə axşamı Fransa və Avstriyadakı son terror hücumlarından sonra ölkədə terror təhlükəsi səviyyəsini "əhəmiyyətli" dən 1-5 şkalasında dördüncü ən təhlükəli "ciddi" səviyyəyə qaldırdığını elan edib.

Britaniyanın MI-5 yerli kəşfiyyat agentliyinin bildirdiyinə görə, "ciddi" xəbərdarlığı terror hücumuna böyük ehtimalın olduğu deməkdir. Bu, ölkənin beş olduğu təhlükə səviyyəsindən dördüncüsüdür.

Londonda jurnalistlərlə görüşən daxili işlər naziri Priti Patel Birgə Terror Analiz Mərkəzi (JTAC) MI-5-in terror təhlükəsi səviyyəsini Fransanın Nitsa şəhərində radikallaşmış bir çeçen qaçqının bıçaqla hücumundan və bazar ertəsi Vyanada dörd nəfərin güllələnməsindən sonra qaldırdığını deyib.

Patel deyib ki, bu xəbərdarlıq insanları həyəcan keçirməyə deyil, diqqətli olmağa çağırır. O, xəbərdarlığın tədbir olduğunu deyib. Patelkəşfiyyat və polis orqanlarının ölkə daxilində qoruyucu tədbirlər həyata keçirəcəyini də əlavə edib.

Patel Twitter hesabında ictimaiyyəti “sayıq olmağa və şübhəli hərəkətləri polisə bildirməyə” çağırıb.

Avstriya rəsmiləri çərşənbə axşamı Vyanada həyata keçirilən terror hücumu zamanı azı 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını bildirib. Ölənlərin arasında iki kişi və bir qadın, yaralananların arasında isə bir polis zabiti olub.

Bir neçə gün əvvəl isə Fransanın cənubundakı bir kilsədə bıçaqla hücum zamanı azı 3 nəfər ölüb, bir neçə nəfərin yaralanıb.

Fransa prezidenti Emmanuel Makronun bu yaxınlarda söz azadlığı olaraq Məhəmməd Peyğəmbərin təsvir edildiyi karikaturaları müdafiə etməsi bir sıra müsəlman ölkələrində də etirazlara və boykotlara səbəb olub.amerikaninsesi/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.