Slovakiyada kommunist partiyası cinayətkar təşkilat elan edilib

5-11-2020, 00:03           
Slovakiyada kommunist partiyası cinayətkar təşkilat elan edilib
Slovakiya parlamenti Çexoslovakiya Kommunist Partiyasının cinayətkar təşkilat elan olunması barədə qanun qəbul edib. “Report” TASS-a istinadən xəbər verir ki, məlumatı STK informasiya agentliyi yayıb.

Bu təşkilat 1949-1990-cı illərdə Çexoslovakiyada hakimiyyətdə olub.

Qanuna əsasən, kommunist, faşist və nasist rejimləri ilə əlaqəsi olan bütün simvollar qadağan edilib, siyasi rejimlə bağlılığı olan şəxslərin adlarının küçə, meydan və başqa ictimai məkanlarına verilməsi yasaqlanıb.

Qeyd edək ki, Çexoslovakiya 1992-ci ilin iyununda Çex və Slovakiya respublikalarına ayrılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru