Rusiyada koronavirusa rekord sayda yoluxma və ölüm faktıları

5-11-2020, 01:07           
Rusiyada koronavirusa rekord sayda yoluxma və ölüm faktıları
Son bir sutka ərzində Rusiyada 19768 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Teref.az "Sputnik"ə istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 389 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1693454-ə çatıb. Rusiyada pandemiya yayılandan 29217 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1266931-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 47,4 milyonu keçib, 1,21 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru