Rusiya İranda 1,4 milyard avro dəyərində elektrik stansiyası tikir

5-11-2020, 10:00           
Rusiya İranda 1,4 milyard avro dəyərində elektrik stansiyası tikir
İran Rusiyanın krediti hesabına Sirik elektrik stansiyasının tikintisinə başlayır.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı İRNA agentliyi yayıb.

Mənbə yazır ki, Rusiyadan bir podratçı Cənubi Hormuzqan əyalətində işləyəcək. Danışıqların altı ay davam etdiyi deyilir.

1400 meqavat gücündə olan elektrik stansiyası 1,4 milyard avroya başa gələcək. Kredit Rusiya tərəfindən təsdiqlənməlidir. İlk inşaat müqaviləsi hələ 2016-cı ildə imzalanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.