Ağ Evin sözçüsü Trampın qalib gəlməsi üçün nəyin lazım olduğunu söylədi

5-11-2020, 10:44           
Ağ Evin sözçüsü Trampın qalib gəlməsi üçün nəyin lazım olduğunu söylədi
ABŞ-ın hazırkı prezidenti Donald Tramp Arizona, Corciya və Pensilvaniya ştatlarında qələbə qazanacağı təqdirdə ikinci müddətə yenidən seçilə bilər.

KONKRET.az xəbər verir ki, bu fikri Ağ Evin mətbuat katibi Kaylee Makinani Fox News kanalının efirində söyləyib.

“Əlbəttə, zəfər yolunun Arizona, Pensilvaniya və Corciyadan keçdiyinə inanırıq” bildirib.

O, Ağ Evin hazırkı rəhbərinin Pensilvaniyada daha çox səs topladığını söyləyib.

Mətbuat katibi inamla deyib: “Biz Arizonada qalib gələcəyik”.

Makinaniyə görə, Pensilvaniyada səs saxtalaşdırması ola bilər.

Fox News yazır ki, Tramp 214 seçici səsi, Demokratik rəqibi Co Bayden 264 səs alıb. Qələbə qazanmaq üçün namizəd 270 səs toplamalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru