Ermənistan XİN-dən bayraq qalmaqalı ilə bağlı AÇIQLAMA

21-11-2020, 18:07           
Ermənistan XİN-dən bayraq qalmaqalı ilə bağlı AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın nümayəndə heyəti Ermənistana səfər edib. Müdafiə naziri Sergey Şoyqu və Xarici İşlər naziri Sergey Lavrovun Baş nazir Nikol Paşinyanla görüşündə Rusiya bayrağının olmaması müzakirələrə səbəb olub.

Cebhe.info xəbər veir ki, mətbuat və sosial şəbəkələrdə aparılan müzakiələrdən sonra Ermənistan Xarici İşlər Nazirliyi məsləyə aydınlıq gətirməli olub.

Nazirlikdən bildirilib ki, rusiyalı nazirlərin Baş nazirlə görüşündə Rusiya bayrağının olmaması protokolun pozulması deyil:

"Ermənistan bayrağının olması Rusiya naziri ilə Ermənistan rəhbərinin danışılarının statusunu müəyyən edib. İki ölkənin XİN rəhbərlərinin görüşündə isə protokola uyğun olaraq hər iki ölkənin bayrağı qoyulub. Bu da protokol qaydasından irəli gəlir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru