Melanya Tramp riyakarlıqda ittiham olundu

25-11-2020, 07:38           
Melanya Tramp riyakarlıqda ittiham olundu
İnternet istifadəçiləri Melanya Trampı ikiüzlülükdə günahlandırıblar.

Bu barədə Lenta.ru xəbəri verir. Amerikalılar hesab edir ki, ABŞ-ın birinci xanımı Milad tətillərinə qətiyyən sevinmir.

Sosial şəbəkə istifadəçiləri öz etirazlarını M.Trampın Ağ Evdə bəzədilən ənənəvi Milad ağacına həsr etdiyi “Twitter” paylaşımının şərh hissəsində bildiriblər.

Bir çox internet istifadəçisi M. Trampın duyğularını saxta hesab edərək, “Bu tətilin hər dəqiqəsindən nifrət edirsiniz”, “Ağ Evin əfsanəvi çəhrayı bağını da məhv etdiniz!” kimi şərhlər yazıblar.

İnternet istifadəçiləri M. Trampın öz rəfiqəsi ilə telefon danışığını da tənqid ediblər.

Qeyd edək ki, mətbuata sızmış sözügedən telefon danışığında ABŞ-ın birinci xanımı bütün günü işləməkdən şikayət edərək, prezidentin həyat yoldaşı kimi bu ayinləri icra etmək məcburiyyətində olduğunu söyləyir. /Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru