Tramp jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib

25-11-2020, 07:57           
Tramp jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib
ABŞ prezidenti Donald Tramp birjadakı müvəffəqiyyətə görə hər kəsi təbrik edib. Bununla belə, o, sualları cavablandırmayıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu Tramp Ağ Evdəki çıxışında deyib.

“Ölkəmizin xalqını təbrik etmək istəyirəm... DJIAindeksi 30 minlik xal qazanıb, bu, tarixin ən yüksək səviyyəsidir”, - deyə Tramp bildirib. O bu göstəricini “müqəddəs rəqəm” adlandırıb.

Tramp, həmçinin koronavirusa qarşı peyvəndin hazırlanması işlərindən çox məmnun qaldığını əlavə edib.

D.Tramp bir dəqiqədən az danışıb və jurnalistlərin seçki ilə bağlı suallarını cavablandırmadan Ağ Evdəki brifinq otağını tərk edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru