Paşinyandan Rusiya sülhməramlılarıyla bağlı AÇIQLAMA

25-11-2020, 10:43           
Paşinyandan Rusiya sülhməramlılarıyla bağlı AÇIQLAMA
Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı geniş açıqlama verib.

Yenisabah.az “TASS” agentliyinə istinadən xəbər verir ki, o, rusiyalı sülhməramlıların 5 illik müddətinin artırılacağını əlavə edib.

“5 illik müddətdə sülhməramlılar regionda təhlükəsizlik və stabillik təminatı yaratmalıdır. Qarabağ münaqişəsinin uzumüddətli olduğunu nəzərə alaraq rusiyalı sülhəmramlıların qalacağı müddət 5 illə kifayətlənməyəcək”.

Nikol Paşinyan Dağlıq Qarabağın statusunun ATƏT-in Minsk qrupu çərçivəsində aparılacaq danışıqlar zamanı müəyyən olunacağını söyləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.