Fransa Senatının məlum qətnamənin əleyhinə səs verən yeganə ədalətli üzvü Qarabağdan yazdı - FOTO

26-11-2020, 08:31           
Fransa Senatının məlum qətnamənin əleyhinə səs verən yeganə ədalətli üzvü Qarabağdan yazdı - FOTO
Məlum olduğu kimi, Fransa Senatı Azərbaycanın maraqlarına zidd, Qarabağdakı qondarma separatçı rejimi tanımağı hökumətə tövsiyə edən qətnamə qəbul edib.

Qətnamə səsverməyə çıxarılarkən, 305 nəfər onun lehinə səs verdiyi halda, yalnız bir nəfər əleyhinə olub.

Həmin bir nəfər isə Natali Gule adlı senatordur.

Qeyd edək ki, Fransa Senatının yeganə ədalətli senatoru - Natali Gule özünün sosial media hesabında Azərbaycan dilində yazıb:
“Mən Dağlıq Qarabağı artıq ürəyimlə deyil, öz gözlərimlə görəcəm”.

Senator həmin paylaşıma Bakıda çəkdiyi görüntüləri əlavə etməyi də unutmayıb. oxu.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.