Bayden cari əsrin "amerikan yüzilliyi" olmağına əmindir

26-11-2020, 08:41           
Bayden cari əsrin "amerikan yüzilliyi" olmağına əmindir
ABŞ-dakı prezident seçkilərində qələbəsini elan edən demokrat Cozef Bayden XXI-ci əsrin "amerikan yüzilliyi" olacağına inandığını bildirib.

Trend TASS-a istinadən xəbər verir ki, müvafiq açıqlama amerikalılara televiziya müraciəti zamanı CNN tərəfindən yayımlanıb.

"Heç vaxt Amerikanın gələcəyinə indiki qədər inamla baxmamışam. XXI-ci əsrin "amerikan yüzilliyi" olacağına qətiyyətlə inanıram. Dünyada aparıcı iqtisadiyyat quracağıq, dünyada öz gücümüzü nümayiş etdirməklə deyil, nümunəmizin gücü ilə lider olacağıq, iqlim məsələlərində lider olacağıq və planetimizi xilas edəcəyik. Xərçəng, Alzheimer və diabet xəstəliklərinin müalicə metodlarını oyrənəcək, nəhayət ölkəmizdəki irqçiliyi ortadan qaldıracağıq" - siyasətçi deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru