Almaniyanın Rusiya qorxusu: Danışıqlar başlamalıdır!

26-11-2020, 08:47           
Almaniyanın Rusiya qorxusu:
Rusiyanın artan hərbi təhdidi səbəbindən güclü mövqedən çıxış edərək silahsızlandırma ilə bağlı danışıqlara başlamalıyıq.

Axar.az xəbər verir ki, bu sözləri Almaniya müdafiə naziri Anneqret Kramp-Karrenbauer deyib.

“Rusiyanın öz silahlı qüvvələrini modernizasiyası üçün güclü yatırımlar etməsi faktdır. Burada yeni növ silahlar da var. Təhlükə açıq-aşkardır”, - deyə nazir bildirib.

O, Rusiyanın hazırda “Avanqard” və “Yars” raket komplekslərini sınaqdan keçirdiyini qeyd edib:

“Silahsızlaşdırma danışıqlarına güclü mövqedən daxil olmalıyıqsa, o zaman mövqeyimizi gücləndirməliyik. Bu, alman xarici siyasətində həmişə yaxşı bir ənənəvi mövqe olub və gələcəkdə də belə olmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru