“Real müharibəyə hazırlaşın” - Si Tsizinpindən generallara çağırış

30-11-2020, 00:09           
“Real müharibəyə hazırlaşın” - Si Tsizinpindən generallara çağırış
Çin lideri Si Tsizinpin ölkənin generallarını qarşıda duran müharibədə döyüş əməliyyatlarına hazırlığı gücləndirməyə çağırıb. Çin dövlət nəşrinə istinadla bu barədə «Daily Mai» xəbər verib.

Məlumata görə, çağırış hələ noyabrın 25-də sədrin Çin Xalq Azadlıq Ordusu (ÇXAO) hərbi rəislərilə görüşü zamanı səsləndirilib.

Tsizinpin öz generallarını «ölümdən və məhrumiyyətlərdən qorxmamağa və diqqəti müharibədə qələbəyə cəmləşdirməyə» çağırıb.

Qeyd etməyə dəyər ki, bu, Çin liderinin müharibəyə heç də ilk çağırışı deyil.

Hələ cari ilin oktyabrında Çinin «Xinhua» Dövlət İnformasiya Agentliyi xəbər vermişdi ki, Si Tsizinpin ölkənin hərbi qulluqçularını «ağıl və enerjilərini müharibəyə hazırlığa yönəltməyə» çağırıb.

O, həm də «yüksək hazırlıq vəziyyətini saxlamağı» və ordudan «tam loyal, tam təmiz və tam etibarlı» olmağı tələb etmişdi.

Belə bəyanatı o, Çaoçjou şəhərində dəniz piyadası Korpusuna səfəri zamanı səsləndirmişdi. Çin liderinin sözlərinə görə, döyüş hazırlığının möhkəmləndirilməsi gələn beşilliyin başlıca prioriteti olacaq.

«Biz, cari vəziyyətə söykənməli və perspektiv baxışa malik olmalı, həll olunmamış zidiyyətləri ciddi öyrənməli, həll etməli, həm də dəniz piyadasının gücləndirilməsini planlamalıyıq» - deyə, Tsizinpin əlavə edib.

Xatırladaq ki, Çində icbari hərbi xidmətlə yanaşı orduya könüllü cəlbetmə də var. Həqiqi xidmətə icbari çağırış 18-22 yaşlı kişilərə şamil olunur.

Ancaq fövqəladə hallarda Çinin Dövlət Şurası və Mərkəzi Hərbi Şura 36-45 yaşlı kişilərin də həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul edə bilər.

Sonuncu halda Çin ordusunun şəxsi heyətini 10 milyonlarla insan təşkil edəcək.

AzPolitika.infoшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.