İrandan diqqətçəkən iddia: “Qətlin sifarişçisinin kimliyini bilirik”

1-12-2020, 00:19           
İrandan diqqətçəkən iddia:
“Nüvə alimi Möhsün Fəxrizadənin qətlini sifariş verənin kimliyini bilirik”.

Teleqraf.com xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani deyib.

“20 ildir düşmən onu qətlə yetirmək üçün fürsət axtarırdı. İndiyədək səyləri uğursuz oldu. İran kəşfiyyatı Fəxrizadəyə hücmun olacağı ehtimalını istisna etməmişdi. Təəssüg ki, 20 ildir Fəxrizadəyə sui-qəsdin olacağı ilə bağlı əldə edilən kəşfiyyat məlumatlarına ciddi yanaşılmadı. Bu dəfə isə onların istəkləri baş tutdu”, - Şəmxani bildirib.

O, hücumların uzaq məsafədən elektronik sistemlər vasitəsilə həyata keçirildiyini söyləyib: “Bəzi izlər var. Bu əməliyyatı planlaşdıranın kimliyi bəllidir. Qətiyyətlə deyə bilərəm ki, bu işdə Xalqın Mücahidləri Təşkilatının rolu var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru