"OPEK plus" ölkələri görüşü 3 dekabr tarixinə qədər təxirə saldı 1-12-2020, 04:02 Dekabrın 1-i üçün planlaşdırılan "OPEK plus" ölkələrin nazirlər görüşü dekabrın 3-dək təxirə salınıb.Trend-in "TASS"-a istinadən verdiyi məlumata görə, bu barədə iştirakçı ölkələrin nümayəndələrinə göndərilən məktubda bildirilib.Məktubda deyilib ki, videokonfrans formatında keçiriləcək görüş saat 17:00-a təyin olunub.Görüşdən əvvəlki vaxt qeyri-rəsmi məsləhətləşmələr üçün istifadə ediləcək. Facebook-da paylaş