Donald Trampın müşaviri istefaya getdi

1-12-2020, 05:07           
Donald Trampın müşaviri istefaya getdi
ABŞ prezidenti Donald Trampın koronavirus pandemiyası üzrə xüsusi müşaviri Skott Atlas vəzifəsindən istefa verib.

“Report” xəbər verir ki, bu barədə Atlasın bəyanatına istinadən “Fox News” telekanalı bildirib.

Atlas onun üçün təyin edilmiş xüsusi dövlət məmuru kimi 130 günlük müddəti yerinə yetirib.

Telekanalın sitat gətirdiyi məktubda Atlas öz istefasının səbəbləri haqqında heç nə bildirməyib.

Bir sıra alimlər Atlası fəal tənqid edirdi. Çünki o, alimlərin fikrincə, epidemiya təhlükəsini çox kiçildirdi. Məlumata görə, Trampın sabiq müşaviri məktəblərin və bir sıra digər müəssisələrin açılışını müdafiə edirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru