Baydenin daha bir ştatda prezident seçkilərində qalib gəldiyi məlum oldu

1-12-2020, 06:13           
Baydenin daha bir ştatda prezident seçkilərində qalib gəldiyi məlum oldu
ABŞ-ın Viskonsin ştatının qubernatoru Toni Evers Deyn və Miluoki dairələrində seçici səslərinin təkrar sayılmasından sonra demokratların namizədi Co Baydenin qələbəsini təsdiq edib.

“Report” xəbər verir ki, bu barədə o özünün feysbukdakı hesabında yazıb.

Ştatın başçısı bildirib ki, prezident seçkilərinin nəticələrini sertifikatlaşdırıb.

O, qeyd edib ki, ştatın seçicilərinin Co Baydeni prezident və Kamala Harrisi vitse-prezident seçmələrini təsdiqləyən sənədə imza atıb.

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Seçkilərdə demokratların namizədi Co Bayden və hazırkı prezident, respublikaçı Donald Tramp qüvvələrini sınayıblar.

7 noyabrda aparıcı Amerika mediası - ABC News, FOX News, CNN, AP və NBC prezident seçkilərində demokrat Co Baydenin qələbəsini elan ediblər. Rəsmi nəticələr hələ açıqlanmayıb.

Dünyanın bir sıra liderləri və BMT baş katibi artıq Baydeni qələbə münasibətilə təbrik ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru