ABŞ-da “Facebook” və “Google”a qarşı 4 yeni məhkəmə iddiası qaldırıla bilər

1-12-2020, 18:49           
ABŞ-da “Facebook” və “Google”a qarşı 4 yeni məhkəmə iddiası qaldırıla bilər
ABŞ Federal Antiinhisar Xidməti və bir neçə ştatın tənzimləyici qurumu "Facebook” və "Google” şirkətlərinə qarşı 4 yeni məhkəmə iddiası qaldırmağa hazırlaşır.

"Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, tənzimləyici qurumlar texnologiya nəhənglərinin internet məkanındakı təsir imkanlarından sui-istifadəyə yol verdiyini ehtimal edir. Bununla belə, hər iki şirkət iddiaları rədd edir və yüksək rəqabət şəraitində fəaliyyət göstərdiklərini, əksər hallarda pulsuz olan xidmətlərinin müştərilərinə fayda gətirdiyini bildirir.

"Facebook" və "Google"la yanaşı, "Apple" və "Amazon" kimi şirkətlər də yerli antiinhisar qurumlarının hədəfindədir və fəaliyyətləri yoxlanılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru