Bu ölkə xarici vətəndaşlara sərhədlərini bağladı

2-12-2020, 00:03           
Bu ölkə xarici vətəndaşlara sərhədlərini bağladı
Bu gündən etibarən Xorvatiya sərhədlərini xarici vətəndaşlara bağlayır.

Teref.az RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə müvafiq qərar Xorvatiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Əcnəbilərin ölkəyə gəlişi müvəqqəti olaraq məhdudlaşdırılıb və dekabrın 15-dək qərar qüvvədə olacaq. Müvafiq qərar ölkədə koronavirusa yoluxmada artımın müşahidə edilməsi fonunda verilib. Bundan əvvəl xarici vətəndaşların COVİD test nəticələri ilə bağlı arayışla ölkəyə giriş-çıxışına icazə verilirdi.

Qərar ölkədən tranzit məqsədilə istifadə edən və 12 saatdan çox olmayaraq qalacaq şəxslərə aid edilmir.qafqazinfo












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.