Avropa Dərman Agentliyi: "Koronavirus peyvəndinin qiymətləndirilməsi ilin sonunadək tamamlana bilər"

2-12-2020, 00:27           
Avropa Dərman Agentliyi:
Almaniyanın əczaçılıq şirkəti “BioNTech” və ABŞ-ın “Pfizer” şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndi ilə bağlı nəticə ilin sonuna qədər verilə bilər.

Bu barədə Avropa Dərman Agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, təqdim olunan məlumatlar peyvəndin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi barədə yekun nəticə çıxarmaq üçün tam olarsa, Avropa Dərman Agentliyi dekabrın 29-dan gec olmayaraq planlaşdırılan iclas üçün peyvəndin qiymətləndirilməsini vaxtında tamamlaya bilər.

“BioNTech” və “Pfizer” hazırladıqları peyvəndin COVID-19-a qarşı 95 faiz effektiv olduğunu bəyan ediblər. Şirkətlər noyabrın 20-də koronavirus peyvəndinin qeydiyyata alınması müraciət ediblər.

COVID-19-a qarşı peyvənd hazırlayan ABŞ-ın “Moderna” şirkəti də 30 min insanın iştirak etdiyi sınaqların üçüncü mərhələsində peyvəndinin 94,5 faif təsir göstərdiyini bəyan edib.

“Moderna” şirkətinin peyvəndi ilə bağlı yekun nəticənin yanvarın 12-dən gec olmayaraq təqdim olunacağı bildirilib/APA.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.