Ermənistanın keçmiş Müdafiə naziri haqqında qalmaqallı faktlar açıqlanır

2-12-2020, 10:42           
Ermənistanın keçmiş Müdafiə naziri haqqında qalmaqallı faktlar açıqlanır
Ermənistanın keçmiş Müdafiə nazirinin adı ilə əlaqələndirilən qalmaqallı hekayənin detalları erməni informasiya sahəsində peyda olub.

Söhbət Qarabağ müharibəsindən əvvəl Serbiyadan zirehli gödəkcələrin və dəbilqələrin tədarük edilməsindən, onun günahı ilə alınmamış böyük sövdələşmədən gedir.

Erməni saytlarında və sosial şəbəkələrin erməni seqmentində məlumatlar yayılıb ki, Serbiyanın “Mile Dragic” şirkəti bir neçə ay əvvəl Azərbaycandan 40 min dəbilqə və eyni qədər zirehli gödəkcə tədarük edilməsi barədə sifariş alıb.

Qeyd olunan şirkətin direktoru yerli erməni icması ilə əlaqə saxlayıb və Bakıdan bənzər sifarişlərin alınması barədə danışıb. Şirkətin rəhbəri başa salıb ki, bu məhsulu Ermənistanda daha aşağı qiymətlərlə həyata keçirməyə qarşı deyil.

Erməni icmasının nümayəndələri guya Ermənistan Müdafiə naziri Davit Tonoyanla əlaqə saxlayıblar və bu təklif haqqında məlumat veriblər. Erməni nazir imtina edib, bundan sonra bu zirehli gödəkcələr və dəbilqələr Türkiyə ilə Azərbaycana tədarük edilib.

“Sputnik Armenia” nəşrinin rəsmi sorğusuna cavab olaraq Serbiya şirkətinin sahibi Mile Draqiç bildirib ki, onlar Azərbaycandan hər hansı növ məhsulun tədarükü barədə sifariş almayıblar. Bundan başqa, “Mile Dragic” şirkəti Bakı ilə heç vaxt müqavilə münasibətlərinə sahib olmayıb. Draqiç erməni icmasına müraciət etmək barədə məlumatları da təkzib edib.ordu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.