NATO-nun icasında Qarabağ mübahisəsi: - Çavuşoğlu və Pompeo qarşı-qarşıya gəldi

2-12-2020, 11:06           
NATO-nun icasında Qarabağ mübahisəsi: -
NATO ölkələrinin Xarici İşlər nazirlərinin videokonfransında ABŞ və Türkiyə nümayəndələri arasında mübahisə olub.

Cebhe.info xəbər verir ki, bu barədə AMHA agentliyi məlumat yayıb.

Agentliyin diplomatk mənbəyə istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət katibi Mayk Pompeo və Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun mövqeləri üst-üstə düşməyib.

Pompeo Türkiyəni NATO-nun prinsip və hərəkətlərinə zidd fəaliyyətdə ittiham edib. Bunu isə “qurumun bütövlüyünə zərbə” adlandırıb: "Pompeo Türkyənin Şərqi Aralıq dənizi, Liviya, Suriya, o cümlədən Qarabağdakı fəaliyyətini buna misal gətirib".

Bu çıxışa qarşı çıxan Türkiyə XİN rəhbəri Çavuşoğlu təəssüfünü bildirib. ABŞ-ı ancaq Yunanıstan və Kiprin mövqeyin maksimum dəstəkləməkdə ittiham edən Çavuşoğlu bura terrorçu təşkilatları da əlavə edib. Bununla yanaşı, türkiyəli nazir qeyd edib ki, Fransanın Liviyadakı mövqeyi NATO-nun bütövlüyünə ən böyük təhdiddir.

Çavuşoğlu çıxışında ATƏT-in Minsk qrupununQarabağ münaqişəsinin həllindəki fəaliyyətsizliyini də vurğulayıb, Ermənistan və Azərbaycana qarşı münasibətdə ayrıseçkilik etdiyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru