COVID-19:Fransa İspaniya və İsveçrə ilə sərhədlərini bağlayacaq

3-12-2020, 00:04           
COVID-19:Fransa İspaniya və İsveçrə ilə sərhədlərini bağlayacaq
Fransızların dağ-xizək komplekslərində koronavirusa yoluxmasının qarşısını almaq üçün Fransa hökuməti İspaniya və İsveçrə ilə sərhədlərə nəzarət tətbiq etməyi planlaşdırır.

Azərtac xəbər verir ki, Baş nazir Jan Kasteks bu haqda məlumat verib və görülən tədbirlərin epidemiyanın yayılmasının qarşısını almaq məqsədi daşıdığını deyib.

Bildirilib ki, İspaniya və İsveçrə dağ-xizək komplekslərindən qayıdan fransızlara sərhəd departamentlərinin prefekturaları 7 günlük məcburi təcridolma tətbiq edəcək.

Fransadakı dağ-xizək komplekslərinin yerləşdiyi qəsəbələrin merləri komplekslərin bağlanmasına etiraz edirlər. Xizək komplekslərinin bir ölkədə açıq, digərində isə bağlı olmasını qəbul etmirlər. Onlar xarici müştərilərini itirəcəklərini deyərək, onların daha ucuz ölkələrə, xüsusilə də Bolqarıstanın Bansko xizək kompleksinə üz tutacaqlarını bildirirlər.

Fransa İspaniya və İsveçrədən dağ-xizək komplekslərini bağlamağı tələb edib. Bu ölkələrdən hələ bir cavab qəlməsə də, bu istiqamətdə diplomatik danışıqların davam etdiyi bildirilir.

Planet xizəkçilərinin 43 faizini cəlb edən Alp dağlarının illik gəliri 28 milyard avro təşkil edir. Fransa qış turistlərinə görə Avstraliyadan sonra 2-ci yeri tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru