Yaponiyada koronavirus peyvəndi pulsuz olacaq

4-12-2020, 00:01           
Yaponiyada koronavirus peyvəndi pulsuz olacaq
Yaponiyada koronavirus peyvəndinin xərclərini mərkəzi hökumət qarşılayacaq.
Teref.az “Sözcü”yə istinadən xəbər verir ki, Yaponiya parlamenti bu barədə qanun layihəsi qəbul edib. Qanun layihəsi parlament tərəfindən yekdilliklə qəbul olunub.
Peyvəndlərlə əlaqəli inzibati işlərdən yerli idarələr cavabdeh olacaq. Qanun layihəsindən Yaponiyada yaşayan əcnəbilərin yararlanıb-yararlanmayacaqları məsələsinə isə aydınlıq gətirilməyib.
Qeyd edək ki, bu qanun layihəsi Tokioda və ölkənin bir sıra yerlərində infeksiyaların artmasından sonra qəbul olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru