Baydenin dövründə ABŞ-Rusiya münasibətlərində gərginlik artacaq - Politoloq

5-12-2020, 04:29           
Baydenin dövründə ABŞ-Rusiya münasibətlərində gərginlik artacaq - Politoloq
ABŞ-ın Cənubi Qafqaz siyasəti hər zaman zəif olub. Bundan sonra necə olacağını demək üçün bir qədər zamana ehtiyac var. Amma bir məsələni diqqətə almaq olar. ABŞ-ın yeni prezidenti seçilən Co Baydenin dövlət katibi postuna gətirmək istədiyi Antoni Blinken anti-Rusiya mövqeyi ilə tanınan mütəxəssisdir.

Bu sözləri Teref.az-a politoloq Toğrul İsmayıl ABŞ-ın yeni hökumətinin Cənubi Qafqaz siyasətinin necə qurulacağı haqda suala cavabında deyib.

Toğrul İsmayılın qənaətincə, ABŞ yaxın bir neçə ildə bütün çevrələrdə anti-Rusiya siyasətini gücləndirə və artıracağı real ola bilər:

“Ancaq bunu hansı yolla edəcəyi bəlli deyil. Ən azı Rusiyaya təzyiq siyasətinin mexanizmləri bilinmir. Bu saat ABŞ üçün birinci dərəcəli məsələ Cənubi Qafqaz deyil. Vaşinqton üçün əsasən Çin, Yaxın Şərq, İsrail, Qara dəniz məsələləri prioritet olacaq. Bundan sonra Qarabağ məsələsi gəlir. Odur ki, inqilabi dəyişiklik gözləmirəm. Lakin Co Baydenin iqtidarı dövründə ABŞ-Rusiya münasibətlərində gərginliyin artması ehtimalı yüksəkdir”.teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru