Rusiya FHN Dağlıq Qarabağa xilasedicilər qrupu göndərdi

6-12-2020, 10:54           
Rusiya FHN Dağlıq Qarabağa xilasedicilər qrupu göndərdi
Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Dağlıq Qarabağda humanitar missiyanın yerinə yetirilməsi üçün pirotexnika, kinoloqlar və psixoloqlar göndərib. Teref.az bildirir ki, bu barədə “TASS”a qurumun mətbuat xidmətindən məlumat verilib.

“Dekabrın 6-da Rusiyanın Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Moskvadan əlavə xilasedicilər qrupu ilə uçub. Toplu qruplaşma “Lider” Mərkəzinin kinoloqlarından, pirotexnika və dağ-mədən işçilərindən, rabitəçilərdən, Noginsk Xilasetmə Mərkəzinin mütəxəssislərindən, həmçinin psixoloqlardan formalaşdırılıb”, – FHN-in nümayəndəsi deyib.

Təyyarənin göyərtəsində Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin Dağlıq Qarabağda fəaliyyət göstərmələri üçün zəruri avadanlıq və üç sərnişin avtobusu da var.qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru