Paris talan edilib - VİDEO

6-12-2020, 11:37           
Paris talan edilib - VİDEO
Aksiyaçılar hadisə yerinə gələn yanğınsöndürənlərə daş və butulka atıb
Fransanın paytaxtı Parisdə “Qlobal təhlükəsizlik haqqında” qanuna qarşı etiraz aksiyası keçirilib.
AYNA xarici KİV-ə istinadən xəbər verir ki, minlərlə insan Port-de Lila meydanından Respublika meydanına doğru yürüş edib. Aksiya zamanı polislə qarşıdurma yaşanıb. Hüquq-mühafizə orqanının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz bombalarından istifadə edib.

Bundan sonra Parisdə talanlar başlayıb. Qara rəngli eyni gödəkçələr geyinən bir qrup şəxs mağazaların şüşələrini qırıb, vitrinlərini dağıdıblar, bankların pəncərələrini, dayanacaqların şüşələrini sındırıblar. Onlar həmçinin, avtomobilləri yandırıblar. Aksiyaçılar hadisə yerinə gələn yanğınsöndürənlərə daş və butulka ataraq onların işinə mane olublar.
Gözyaşardıcı qaz və tüstü səbəbindən paytaxt küçələrində hərəkət çətinləşib.

Mitinqçilərin çoxu tanınmamaq üçün üzlərini bağlayıblar. Bununla belə, polis artıq bir neçə aksiyaçını saxlayıb.

Qeyd edək ki, “Qlobal təhlükəsizlik haqqında” Qanun layihəsinin 24-cü maddəsinə əsasən, polisin və ya hüquq-mühafizə orqanı əməkdaşlarının xidməti zamanı jurnalistlər tərəfindən foto-video çəkilişlərinin aparılması qadağan edilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru