Ayətullah Xamenei səlahiyyətlərini oğluna ötürüb? – Amerika nəşrindən iddia

6-12-2020, 18:03           
Ayətullah Xamenei səlahiyyətlərini oğluna ötürüb? – Amerika nəşrindən iddia
İran dini lideri Ayətullah Əli Xameneinin səhhəti pisləşib və onun səlahiyyətləri oğluna verilib.
Teref.az xəbər verir ki, məlumatı ABŞ-ın həftəlik “Newsweek” jurnalı yayıb.
Nəşrin məlumatına görə, ABŞ və İsraillə münasibətlərdəki gərginlik də Xameneinin səhhətinə təsir edirmiş və o, səlahiyyətlərini oğluna verilməsini məsləhət görüb.
İranlı jurnalist Mohamad Ahwaze də Twitter-də paylaşdığı bir yazı ilə Xameneinin hakimiyyəti oğluna ötürdüyünü bildirib.


İranlı jurnalist qeyd edib ki, Xameneinin səhhətinin pisləşməsindən sonra onun İran prezidenti Həsən Ruhani ilə cümə günü keçirilməsi planlaşdırılan görüşü ləğv edilib.
Xameneinin səhhətinin bir gecədə pisləşdiyi söylənsə də, sağlamlıq probleminin nə olduğu bəlli deyil. (ovqat.com)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru