Rusiyada koronavirusu bir dəqiqəyə müəyyən edən üsul tapıldı

13-01-2021, 06:56           
Rusiyada koronavirusu bir dəqiqəyə müəyyən edən üsul tapıldı
Rusiyada “Sbera” süni intellekt laboratoriyası bir dəqiqədə yeni növ koronavirus infeksiyası ehtimalını təyin edə biləcək alqoritm hazırlayıb.

Bu barədə “RİA Novosti” şirkətin açıqlamasına istinadən xəbər yayır.

Virusun varlığını təyin etmək üçün səsin, nəfəs almanın və öskürəyin səs modellərindən istifadə olunur, həmçinin simptomlar barədə qısa sorğu aparılır.

Səs Rusiya xəstəxanalarındakı xəstələrin nəfəs alması, səsi və öskürək səsləri üzərində öyrədilmiş dərin konvolyusional neyron şəbəkəsi tərəfindən analiz edilir.

“Hal-hazırda alqoritmin nəticələri PCR testi qədər dəqiq olmasa da, müqayisə ediləbiləcək xüsusiyyətlərə malikdir”, - deyə şirkətdən bildirilib.

“Sberbank” İdarə Heyəti sədrinin birinci müavini Aleksandr Vedyakin qeyd edib ki, bu, bir tibbi diaqnostik vasitə yox, gündəlik yoxlayıcıdır.

Şirkət bu alqoritmlə əlaqəli xüsusi tətbiq hazırlamağı planlaşdırır. Tətbiq “App Store” və “Google Play”də satışa çıxarılacaq.eksklyuziv.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.