220 milyonu var, amma xərcləyə bilmir - Dünyanın ən bədbəxt milyonçusu

13-01-2021, 20:00           
220 milyonu var, amma xərcləyə bilmir -
San-Fransiskoda yaşayan Stefan Tomas adlı Almaniya vətəndaşı içində 220 milyon dollar olan “Bitcoin” hesabının şifrəsini unudub.

Publika.az xəbər verir ki, alman proqramçının şifrəni doğru təxmin edə bilmək üçün sadəcə 2 şansı qalıb.

S.Tomas yanlış təxminlər etsə, hesabı batacaq.

“Nyu-York Tayms”a açıqlama verən proqramçı ən çox istifadə etdiyi şifrə formalarını sınaqdan keçirdiyini, lakin heç biri işə yaramadığı üçün pullarını götürə bilmədiyini deyib.

Qeyd edək ki, S.Tomas 2010-cu ildə biri 4 dollara olan 7 min 200 ədəd “Bitcoin” alıb. Hazırda “Bitcoin”lərinin biri 35 min dollara yaxın dəyər daşıyır.

Proqramçı tvitter hesabından verdiyi açıqlamada “ümid edirəm, mənim səhvlərimdən dərs çıxaranlar olar. Bir parça proqnoz 10 illik peşmanlığın qarşısını ala bilər” sözlərini yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru